“Real”-ın ulduzu tribunada yatdı

  • By admin
  • 11 İyul 2020 22:13

Madrid “Real”ının hücumçusu Qaret Beyl La Liqanın 35-ci turunda “Alaves”ə 2:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkəti ilə diqqət çəkib.

Gununsesi.org xəbər verir ki, oyuna ehtiyatda başlayan uelsli hücumçunu baş məşqçi Zinəddin Zidan 90-cı dəqiqədə 5-ci oyunçu dəyişikliyində də meydana buraxmayıb. Brahim Diasa şans verilməsindən sonra əsəbiləşən və kinayə ilə gülümsəyən 31 yaşlı futbolçu görüşün qalan hissəsini izləmək istəməyib. O, tribunada maskası ilə gözlərini bağlayaraq yatıb.

Qeyd edək ki, Beyl bu mövsüm “Real”da 20 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

 

Gununsesi.org