“Real Madrid” bir neçə futbolçusunu satmaq istəyir

  • By admin
  • 27 Dekabr 2021 09:15

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi 2022-ci ilin yanvarında bir neçə futbolçunu satmaq istəyir.

Bu barədə Gununsesi.info “Marca”ya istinadla xəbər verir.

Bildirilir ki, İspaniya klubu müqavilələri 2022-ci ilin yayında başa çatacaq yarımmüdafiəçi İsko və hücumçu Qaret Beyldən yaxa qurtarmaq istəyir. “Real Madrid” Marselonun istənilən qərarına hörmətlə yanaşacaq, həmçinin Mariano Dias, Luka Yoviç və Eden Azarla bağlı təklifləri dinləməyə hazırdır.

Klub rəhbərliyi qış transfer pəncərəsində keyfiyyətli futbolçu ala bilməyəcəyinə inanaraq, yay keçidlərinə hazırlaşacaq.

Qeyd edək ki, “Real Madrid” 19 matçdan sonra 46 xalla İspaniya Primerasının 2021/2022 mövsümünün turnir cədvəlinə başçılıq edir.

Gununsesi.info