“Real Madrid” dünya çempionu ilə vidalaşdı

  • By admin
  • 11 Avqust 2020 16:15

İspaniyanın “Real Madrid” klubu qapıçısı Alfons Areola ilə yollarını ayırıb. 

Gununsesi.info Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Fransa PSJ-sinə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. “Kral klubu” Areolanı Paris təmsilçisindən almaqdan imtina edib.

Qeyd edək ki, Alfons Areola cari mövsüm 9 rəsmi matçda meydanda olub və 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisi ilə birlikdə Rusiyada keçirilən dünya çempionatı qazanıb. Areola həmin vaxt yığmanın 3-cü qapıçısı olub.

 

 

Gununsesi.info