“Real Madrid” futbolçusunu yenidən icarəyə verdi

  • By admin
  • 10 Avqust 2020 19:46

İspaniya “Real Madrid”i futbolçusu Takefusa Kubonu növbəti dəfə icarəyə göndərib.

Gununsesi.info “kral klubu”unun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı hücumameylli yarımmüdafiəçi 2020/2021 mövsümünü “Vilyarreal”da keçirəcək.

19 yaşlı asiyalı ötən mövsümdə isə icarə əsasında “Malyorka”da oynayıb.

Qeyd edək ki, 2011 – 2015-ci illərdə “Barselona” Futbol Akademiyasında çıxış edən Takefusa Kubo “Real Madrid”ə 2019-cu ilin yayında transfer olunub.

Gununsesi.info