“Real Madrid” klubunun rəhbərliyi Ançelottinin işini tənqid edib

  • By admin
  • 16 Fevral 2022 20:36

İspaniya “Real Madrid”inin rəhbərliyi komandanın baş məşqçisi Karlo Ançelottini tənqid edib.

Gununsesi.info ESPN-ə istinadən xəbər verir ki, buna italiyalı mütəxəssisin Fransada PSJ-yə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında müdafiə futboluna üstünlük verməsi səbəb olub.

Rəhbərlik Ançelotti ilə yanaşı, “kral klubu”nun sağ cinah müdafiəçisi Dani Karvahaldan da narazı qalıb. 30 yaşlı oyunçunun Paris təmsilçisinin hücumçusu Kilian Mbappe ilə ikili mübarizələrdən məğlub ayrılması tənqid olunub.

Rəhbərliyin fikrincə, heyətdə Mbappe kimi futbolçunun olmaması PSJ-yə məğlubiyyətdə həlledici rol oynayıb.

Qeyd edək ki, PSJ – “Real Madrid” görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Kilian Mbappe vurub. Komandalar arasında cavab qarşılaşması martın 9-da oynanılacaq.

 

 

Gununsesi.info