“Real Madrid”in futbolçusu karantini pozduğu üçün cərimələndi

  • By admin
  • 01 Aprel 2021 22:09

İspaniya “Real Madrid”inin futbolçusu Marselo 2 700 avro məbləğində cərimələnib.

Gununsesi.infob “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, buna braziliyalı müdafiəçinin karantin qaydalarını pozması səbəb olub.

HTML tutorial

33 yaşlı futbolçu instaqram səhifəsində Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu fotonu paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib.

Qeyd edək ki, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət məhdudlaşdırılıb. İctimai yerlərdə maska ​​taxmaq hər kəs üçün məcburidir.

Gununsesi.info