“Real Madrid”in sabiq futbolçusu “Valensiya”nın baş məşqçisi təyin olunub - ALBERT SELADES KİMDİR?

  • By admin
  • 11 Sentyabr 2019 22:44

İspaniyanın “Valensiya” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Gununsesi.org xəbər verir ki, La Liqa təmsilçisi Albert Seladesə həvalə olunub. 44 yaşlı mütəxəssis 2021-ci ilin iyul ayınadək komandaya rəhbərlik edəcək. O, bu postda istefaya göndərilən Marselino Toralı əvəzləyib.

HTML tutorial

Qeyd edək ki, Albert Selades 2018-ci ildə “Real Madrid”də və İspaniya millisində köməkçi məşqçi vəzifəsini yerinə yetirib. Sabiq müdafiəçi 2000 – 2005-ci illərdə Madrid klubunun formasını geyinib.

 

Gununsesi.org