Real tv bu gün fəaliyyətə başlayır

Real tv bu gün fəaliyyətə başlayır

Bu gün  Real TV-nin test yayımlarına start verilib.

Gununsesi.info kult.az-a istinadən xəbər verir ki, “Azerspace” tezlikdə 1135 Polarization Horizontal Symbol Rate 27500 yayımlan kanan bu həftə ərzində işə başlayacaq.

Qeyd edək ki, Milli Teleradio Şurası tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi Real TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verib. Televiziyanın 5 mərtəbəli ofisi Əhməd Rəcəbli küçəsində yerləşir.

Real TV-nin komandasında ANS-çilərdən Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Ayşəm Rüstəmova, Vüsalə Xammədqızı, Xatirə Məmmədova, Natiq Nailəoğlu, Orxan Məmmədli, Ziya Babayev, Mehman Rəsulov var.

Gununsesi.info

COMMENTS