“Real” Zidanın oğlunu göndərir

  • By admin
  • 24 İyul 2020 22:25

“Real” qapıçısı Luka Zidanla müqaviləni yeniləməyəcək.

Gununsesi.org AS nəşrinə istinadən xəbər verir ki, “kral klubu” hazırda “Rasinq”də icarə əsasında çıxış edən 22 yaşlı qolkiperlə yollarını ayırmaq niyyətindədir. Bildirilir ki, baş məşqçi Zinəddin Zidanın oğlu ilə Fransanın “Montpele” klubu maraqlanır.

Bundan başqa, ötən mövsüm “Oviedo”ya icarəyə göndərdilən Andrey Luninin Madrid təmsilçisinə qayıdacağı da qeyd olunub. Rəhbərlik 21 yaşlı qolkiperin hazırda əsas qapıçı olan Tibo Kurtuanı əvəz edə biləcəyini düşünür.

Qeyd edək ki, L.Zidan 2017-ci ildən, A.Lunin isə 2018-ci ildən “Real”da çıxış edir.

 

 

Gununsesi.org