“REAL”dakı titrlə bağlı Mirşahindən açıqlama - TEXNİKİ YANLIŞLIĞI EDƏN ƏMƏKDAŞ CƏZALANDIRILDI / FOTO

  • By admin
  • 07 Mart 2022 22:43

Bu gün Real TV-nin xəbər lentindəki titrdə  “Ukraynanın Rusiyaya müdaxiləsindən 12  gün ötür” cümləsi sosial şəbəkələrdə rezonansa səbəb olub.

Buna münasibət bildirənlər kanalın rəhbəri Mirşahin Ağayevi hədəf alaraq, onu Rusiyanın işğalına haqq qazandırmaqda ittiham edib.

Gununsesi.info-nun xəbərinə görə, Mirşahin Ağayev həmin titrlə bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada deyilir:

Hörmətli izləyicilər!

Bu gün Real TV-nin xəbər lentində müxbir və titr redaktorunun diqqətsizliyi səbəbindən səhvə yol verilib. Belə ki altbaşlıqda “Rusiyanın Ukraynaya müdaxiləsindən 12 gün ötür” yerinə yanlış olaraq “Ukraynanın Rusiyaya hərbi müdaxiləsindən 12 gün ötür” cümləsi efirə gedib. Səhlənkarlıq və məsuliyyətsizliyə yol verməklə kanalın imicinə və tutduğumuz balanslı mövqeyə xələl yetirmiş əməkdaşlar cəzalandırılıb.

Səhv aradan qaldırılıb! Yol verdiyimiz ciddi səhvə görə bütün tamaşaçılarımızdan, ilk növbədə Ukrayna Xalqından üzr istəyirəm! Bir daha bildirirəm ki, səhv qısa zamanda aradan qaldırılıb”.

Gunay

Gununsesi.info