İspaniyanın “Real” klubu rəsmi feysbuk səhifəsində azərbaycanlı azarkeşlərlə bağlı paylaşım edib.
Gununsesi.org xəbər verir ki, paylaşımda Azərbaycan dilində “Salam dostlar!” yazılıb.
Madrid klubunun azərbaycanlı fanatları Çempionlar Liqası matçı üçün Türkiyənin İstanbul şəhərində olduqlarını bildiriblər.
Qeyd edək ki, “Real” bu gün İstanbulda “Qalatasaray”ın qonağı olacaq.
Gununsesi.org