“Real”ın futbolçusunun ayağı sındı - FOTOLAR

  • By Günel
  • 06 Oktyabr 2024 12:54

İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Dani Karvaxal ayağından zədə alıb.

Gununsesi.info xəbər verir ki, bu haqda futbolçu instaqram hesabında məlumat verib.

“Ciddi çarpaz bağ zədəsi təsdiqləndi, əməliyyat olunmalı və bir neçə ay oyun meydançasından kənarda qalmalıyam.

Sağalmağı səbirsizliklə gözləyirəm. Mesajlarınız üçün çox sağ olun, sevildiyimi hiss edirəm”, – o yazıb.

Qeyd edək ki, D. Karvaxal İspaniya çempionatında “Vilyarreal”la oyunda zədələnib.



Gununsesi.info