
“Real”ın futbolçusu Danilonun “Mançester Siti”yə keçidi rəsmiləşib.
Gununsesi.info xəbər verir ki, braziliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün “Mançester Siti”nin Madrid klubuna 35 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, ötən mövsüm “Real”ın heyətində 17 oyuna çıxan Braziliya millisinin üzvü 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Gununsesi.info