“Real”ın futbolçusunun “Mançester Siti”yə keçidi rəsmiləşdi

  • By admin
  • 24 İyul 2017 21:20

real-siti

“Real”ın futbolçusu Danilonun “Mançester Siti”yə keçidi rəsmiləşib.

Gununsesi.info xəbər verir ki, braziliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu keçid üçün “Mançester Siti”nin Madrid klubuna 35 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, ötən mövsüm “Real”ın heyətində 17 oyuna çıxan Braziliya millisinin üzvü 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Gununsesi.info