“Real”ın yarımmüdafiəçisi Brahim Diaz zədələnib

  • By ilhame
  • 16 Sentyabr 2024 21:29

“Real”ın yarımmüdafiəçisi Brahim Diaz zədələnib.

 

Gununsesi.info xəbər verir ki, 25 yaşlı futbolçu İspaniya La Liqasının 5-ci turunun “Real Sosyedad”la səfər matçında ( 2:0) sıradan çıxıb. O, bud əzələsindən zədə alıb.

 

Həkimlər Diazın sağalmasının təxminən 3 ay çəkəcəyini proqnozlaşdırırlar. Lakin onun yaşıl meydanlara 2025-ci ildə qayıtması ehtimalı da var.

 

Qeyd edək ki, bu mövsüm Diaz “Real”ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Gununsesi.info