Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

  • By admin
  • 17 Sentyabr 2020 19:15

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1917-dir.

TƏBİB-dən Gununsesi.info-ya verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 112, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 9-dur.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 38 777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Hazırkı dövrədək isə 1 035 286 test aparılıb.

 

Gununsesi.info