Reanimasiyadakı koronavirus xəstələri ilə bağlı açıqlama

  • By admin
  • 16 Dekabr 2021 09:18

“Reanimasiyada olan xəstələr tam müşahidə altında olur. Etibarlı əllərdə olur. Adekvat müayinələr aparılır”.

Gununsesi.info  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli bildirib.

HTML tutorial

Mütəxəssis bildirib ki, orada monitorinq müşahidələri aparılır:

“Həkimlər həmin xəstələrin yanında olur. Arzu eləməzdim insanlar elə fikirləşsin ki, yəni, onlar reanimasiyada diqqətsiz qalırlar. Əksinə, mən tam əminliklə deyə bilərəm ki, reanimasiyada olanlar hər bir tibb işçisinin nəzarətindədir. Bu baxımdan bunu insanlar özlərinə dərd eləməsinlər, qorxu hiss eləməsinlər”.

Gununsesi.info