
Rusiyanın “Red Wings” aviaşirkəti Moskvada Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək.
Gununsesi.info-nun məlumatına görə, bu barədə aviadaşıyıcının Mətbuat Xidməti məlumat verib.
Bildirilib ki, ilk uçuş 2025-ci il aprelin 27-də planlaşdırılır.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri həyata keçiriləcək, uçuş – saat 16:20-də (yerli vaxtla), geri dönüş uçuşu – saat 21:40-da (yerli vaxtla) nəzərdə tutulub.
Uçuş müddəti təxminən üç saat yarım təşkil edəcək.