Redor Halil: “Heç kim torpaqlarımızdan geri çəkilməyimizi istəyə bilməz”

  • By admin
  • 25 Avqust 2016 12:19

Без названия

Türkiyə ordusunun Suriyanın şimalına daxil olmasıyla,Türkiyə uzaqvuran artelleriya vətanklarının dəstəyi ilə müxalif Azad Suriya Ordusunun Cerablus qəsəbəsini İŞİD-dən azad etməsindən dərhal sonra PKK-ya bağlı YPG kürd silahlı birləşmələri Fırat çayının Şərq sahilinə çəkilməyəcəyiylə  bağlı bəyanat verib.

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,  YPG sözçüsü Redor Halil Fırat çayının Qərb sahillərində onların nəzarətində olan ərazilərdən heç bir halda çəkilməyəcəklərini, heç kimin kürdləri buna məcbur edə bilməyəcəyini deyib. YPG sözçüsü bildirir ki, Türkiyənin hərbi əməliyyatları İŞİD-ə qarşı yox, kürdlərə qarşı yönəlib. “Heç kim bizim öz torpaqlarımızdan geri çəkilməyimizi istəyə bilməz”-, deyə o bildirib.

 

Gülnaz Qənbərli

 

Gununsesi.info