Referendum günü “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq

  • By admin
  • 24 Sentyabr 2016 16:46

asan pesa

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Gununsesi.info xəbər verir ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

Sentyabrın 27-dən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Gununsesi.info