Referendum günü metro xüsusi iş rejimində işləyəcək

  • By admin
  • 23 Sentyabr 2016 12:10

metro

Bakı Metropoliteni referendumla əlaqədar – sentyabrın 26-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
O bildirib ki, əsasən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə lazım olan bütün tədbirlər planı artıq hazırdır. İş vaxtı və qatarların hərəkət cədvəli ilə bağlı məsələlər artıq həllini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib.

Anar

Gununsesi.info