“Referendum keçirmək Türkiyənin daxili işidir” - XİN

  • By admin
  • 17 Aprel 2017 13:54

unnamed (15)
“Türkiyə xalqının böyük əksəriyyətinin qəbul etdiyi hər şeyə hörmət edirik”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İranın xarici işlər nazirliyinin mətbuat katibi Bəhram Qasımi mətbuata açıqlamasında belə deyib.

B. Qasımi xatırladıb ki, aprelin 16-da Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilib: “Referendum keçirmək Türkiyənin daxili işidir. Bizim üzərimizə düşən Türkiyə xalqının verdiyi qərara hörmət etməkdir”, – deyə o, bildirib.

Referendum nəticələrinin rəsmi Ankaranın bölgədəki siyasətinə təsirindən danışan B. Qasımi bildirib ki, bunu zaman göstərəcək, bu mövzuda tələsməməliyik”.

Anar
Gununsesi.info