Referendum sutruktur islahatlarına təkan verəcək - Millət vəkilləri

  • By admin
  • 19 İyul 2016 12:04

prezident

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. Artıq bir sıra ekspertlər hesab edirlər ki, konstitutsiyaya ediləcək dəyişikliklər ölkəni yenidən bəzi beynəlxalq təşkilatların hədəfinə gətirə bilər. Konstitutsiyaya ediləcək dəyişikliklər və buna beynəlxalq aləmin hansı mövqe sərgiləyə bilməsi ilə bağlı Gununsesi. info olaraq millət vəkillərinə müraciət etdik.

Millət vəkili Rövşən Rzayev Gununsesi.info-ya açıqlamasında ölkə başçısının konstitutsiyaya dəyişikliyi ilə bağlı etdiyi təkliflərin insan azadlığı və hüquqlarının daha təkmil formada qorunmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edəcək. “Azərbaycan prezidenti tərəfindən irəli sürülən təkliflərin referendum vasitəsi ilə qəbul olunacaq. Yəni son sözü xalq deyəcək. Ümid edirəm ki, xalq bu dəfə də ölkə başçısı ilə həmrəyliyini nümayiş etdirəcək və iqtidar-xalq vəhdətini ortaya qoyacaq”- deyə, millət vəkili vurğulayıb.

rovsen

Millət vəkili əlavə edib ki, xalq ölkə başçısının apracağı islahatları dəstəkləyəcək: “Çünki bu dəyişikliklər və əlavələr Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından önəmli olan təkliflərdir. Bu dəyişiklik və əlavələr nəticəsində həyata keçiriləcək islahatlar nəticəsində ölkədə nəinki insan azadlığı və haqlarının qorunmasını daha təkmil formada həyata keçirmək olacaq, bu , eyni zamanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin gələcək uğurlu inkişaf yolunu təmin edəcək”.

Bu dəyişikliklərin Azərbaycanı yenidən beynəlxalq aləmin tənqidi hədəflərinə tuş gətirə bilərmi sualına cavab olaraq millət vəkili deyib ki, xeyr. “Əksinə bu dəyişikliklərdə insan haqları və azadlıqlarına daha aktual və ədalətli yanaşma var. Burada təkilf olunan dəyişiklik və əlavələr insan hüquqlarının daha geniş formada istifadəsinə şərait yaradır”-deyə, R. Rzayev qeyd edib.

Vitse-prezident institutunun yaradılması ideyasında da mövqeyini açıqlayan millət vəkili bildirib ki, bu sutruktur islahatlarına və təkmilləşməsinə təkan verəcək.

Millət vəkili Fəzail Ağamalı isə konstitutsiya edilən dəyişiklik və əlavələri dövlətçiliyin güclənməsinə və möhkəmlənməsinə xidmət edəcək addım kimi qiymətləndirib. “Bu ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gücləndirilməsi ilə yanaşı demokratik dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək”- deyə F. Ağamalı vurğulayıb.

Millət vəkili əlavə edib ki, Konstitutsiya Məhkəməsi ölkə başçısının bu sərəncamına müsbət rəy verəcək və referendum keçirilməsi ilə bağlı müvafiq qərarlar verəcək: “Təbii ki, son söz xalqındır. Ümid edirəm ki, xalq da bu dəyişikliklərə müsbət cavab verəcək”

fazail_agamali_141015

Milli Məclisə yaş senzinin 25 yaşdan 18 yaşa, prezidentliyə namizədlik zaman yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılması məsələsinə mövqeyini açıqlayan F. Ağamalı deyib ki, burada qeyri-adi bir şey yoxdur. “Bütün bu dəyişikliklər dünya praktikasına əsaslanan təkliflərdir”- deyə, F.Ağamalı vurğulayıb.

Millət vəkili hesab edir ki, vitse-prezident institutunun yaradılması yenilikdir və bu struktur islahatlarına təkan verəcək: “Bu institutun yaradılması idarəçilik institutunun təkmilləşdirilməsinə və idarəetmədəki paralelliyin aradan qalxmasına xidmət edəcək”.

Mürtəza Bunyadlı