

“Referendumdan sonra Qarabağ cəbhəsində gərginliyin artacağı istisna deyil”.
Gununsesi.info “news.am”-a istinadən xəbər verir ki, bu fikri erməni politoloq, Qafqaz institutunun direktor müavini Sergey Minasyan deyib.
Onun sözlərinə görə, sentybarn 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan sonra Qarabağ cəbhəsində gərginlik istisna deyil və gözləniləndir. “Əgər danışıqlar prosesi davam edərsə, İrəvan danışıqların formasını dəyişə bilməsə də, “Madrid prinsipləri”nin məntiqni dəyişməyə çalışmalıdır.
Hansı ki, oradakı təkliflər status-kvonun qalmasını təmin edirdi, kordinal dəyişiklikləri yox. Ona görə də sabiq prezident Robert Köçəryanın bu yaxınlardakı müsahibəsindəki kimi, danışıqları öz xeyriməz dəyişməyə nail olmalıyıq”- deyə, erməni politoloq bildirib.
O, eyni zamanda deyib ki, danışıqlar porosesinin gedişindən asılı olaraq cəbhədə vəziyyətə gərginləşə bilər.
Gununsesi.info