
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Türkiyədə keçirilən referendumun nəticələri ilə bağlı səsləndirilən etirazlara münasibət bildirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, T. Yaqland Türkiyədə keçirilən seçkilərin nəticələrini ləğv etməyə kimsənin haqqı olmadığını deyib.
Belə ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu aprelin 18-də Türkiyədə keçirilən referendumun Konstitusiyaya zidd olduğunu əsas gətirərək seçkinin nəticələrinin ləğvi ilə bağlıAvropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
T. Yaqland qeyd edib ki, heç bir beynəlxalq qurumun hər hansı bir ölkədə keçirilən referendumun nəticəsini etibarsız saymağa haqqı yoxdur.
Anar
Gununsesi.info