Region Qaz İstismarı İdarələrinin rəislərinin icra başçıları ilə görüşləri davam edir - FOTOLAR

  • By admin
  • 07 İyun 2023 11:09

SOCAR “Azəriqaz” İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir. Məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir.

Bu səbəbdən qaz təsərrüfatının mövcud vəziyyəti ilə bağlı may ayı ərzində Goranboy, Samux, Goygöl və Naftalan rayonlarının İcra Hakimiyyəti başçıları ilə Gəncə RQİİ-nin rəisinin görüşləri keçirilərək müzakirələr aparılıb.

Görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Gununsesi.info