“Regionda sülhə nail olmaq indiyədək bu qədər yaxın olmayıb”.
Gununsesi.info-nun apa-ya istinadla görə, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.
“Fransızlar və almanlar uzun illər müharibə ediblər. Son 150 ildə iki ölkə arasında 3 dəfə müharibə olub, hər iki tərəfdən milyonlarla insan həyatını itirib. Hər iki ölkədə qəzetlər, jurnallar uzun illər təbliğat aparaq qarşı tərəfi düşmən kimi təqdim edib. Məktəblərimizdə təbliğat aparılıb, nifrət dolu millətçilik təbliğ olunub. Lakin bu gün hər iki ölkə dost, öz tarixinə bağlıdır, öz tarixi, mədəniyyəti ilə fəxr edir. Bundan sonra ölkələrimiz arasında müharibə ağlasığmazdır, ölkələrimiz sülh bağlayıb, biz ərazilərimizi minalardan təmizləmişik, müxtəlif sahələrdə əməkdaşlığımız inkişaf edib. Sərhəd bölgələrində dərin gündəlik əlaqələrimiz var. Ən əsası, biz birgə Avropa İttifaqını yaratmışıq.
Hesab edirəm ki, bu təcrübə Azərbaycan və Cənubi Qafqaz üçün maraqlıdır.
Arzu edirəm ki, bölgənizdə sülhü bərqərar edən, Azərbaycan və Ermənistan arasında sülhə nail olan nəsildən olasınız. Doğrudur, sülh tam təmin olunmayıb, bu yol mürəkkəbdir, bu yolda tələlər var, amma indiyədək regionda sülhə nail olmaq bu qədər yaxın olmayıb”, – səfir Zakari Qross deyib.
Gununsesi.info