
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aktivlik daha çox respublikanın bölgələrində müşahidə olunur.
Gununsesi.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) saat 10:00-da respublika üzrə seçki fəallığının nəticələrini açıqlayıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 10:00-a qədər 994 196 nəfər səs verib ki, bu da ümumi seçicilərin 18,71 faizini təşkil edir.
Seçki fəallığına gəldikdə isə ən fəal bölgə kimi Naxçıvan Muxtar Respublikasında müşahidə olunmaqdadır. Saat 10:00-dək Naxçıvanda ümumi seçicilərin artıq 22 faizi səsəvermə hüququndan istifadə edib.
Ümumiyyətlə, respublika üzrə ən yüksək seçki fəallığı isə 1 saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb. Bu seçki dairəsində seçici fəallığı 23.70 faiz təşkil edib.
Seçici fəallığına görə respublikanın cənub bölgəsi daha çox seçilir . 77 saylı Astara Seçki Dairəsində indiyədək seçicilərin 22.28 faizi seçkidə iştirak edib.
Ümumiyyətlə, bölgələrdə seçki fəallığı 20-22 faiz təşkil edib.
Seçki passivliyi isə paytaxt Bakıda və Gəncədə qeydə alınıb. Ən passiv seçki dairəsi isə 17 saylı Üçüncü Yasamal Seçki Dairəsidir. Burada seçicilərin 8,14 faizi səsvermədə iştirak edib. Növbəti seçki passivliyi isə 30 saylı Suraxanı I Seçki Dairəsində qeydə alınıb ki, burada ümumi seçicilərin 10.83 faizi səsvermə hüququndan istifadə edib.
Paytaxtda seçki fəallığı Binəqədi rayonu ərazisində qeydə alınıb. Ümumilikdə , paytaxt rayonlarında seçici fəallığı 12 faiz, Gəncədə isə 14 faiz civarında olub.
Mürtəza
Gununsesi.info