Regionlarda 102 nəfər müharibə qazisinə hüquqi konsultasiya xidməti göstərilib

  • By admin
  • 25 Aprel 2022 16:46

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Şəhid ailələri, qazilər və müharibədən zərər çəkən digər şəxslərə hüquqi dəstək layihəsinin icrasını yekunlaşdırıb.

Bu barədə adıçəkilən qurumların Gununsesi.info-ya göndərdikləri xəbərdə deyilir.

Məlumata görə, layihənin icra planına uyğun olaraq əvvəlcə müharibədən zərər çəkən şəxslərin hüquqları ilə bağlı məlumatın toplandığı “Hüquq bələdçisi” adlı  buklet hazırlanaraq 600 ədəd çap edilib.

Daha sonra Gəncə, Ağdam, Tərtər, Bərdə, Qusar, İsmayıllı və Cəlilabad rayonlarına səfərlər təşkil edilib. Layihə çərçivəsində həmin rayon icra hakimiyyətlərində yeni təşkil edilən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsiəməkdaşlıq edilib. Layihənin işçi heyəti benefisiarların hüquqi problemlərlə qarşılaşan şəhid ailələri, qazilər və müharibə iştirakçıları olması üçün səfərdən öncə həmin şəxslərtelefonla məsləhətləşmə aparılıb.

Səfər zamanı Gəncə şəhərində 14 nəfər, Tərtər rayonunda 10 nəfər, Ağdam rayonunda 11 nəfər, Bərdə rayonunda 14 nəfər, İsmayıllı rayonunda 15 nəfər, Qusar rayonunda 22 nəfər və Cəlilabad rayonunda 14 nəfər, Biləsuvar rayonundan 2 nəfərəhüquqi konsultasiya xidməti göstərilib.

Keçirilən görüşlərdə layihənin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov şəhid ailələri, qazilər və müharibə iştirakçılarını dinləyib. Həmin şəxslərin hüquqları və qarşılaşdıqları hüquqi problemlərin həlli yolları ilə bağlı suallarını cavablandırıb. Əsas müraciətlər əlilliyin təyin edilməsindən imtina, əlilliyə görə verilən pensiyanın dayandırılması, I Qarabağ müharibəsi iştirakçılarına Müharibə Veteranı adı verilməməsi, Şəhid ailəsi statusunun verilməməsi, Şəhid ailəsinin mənzillə təminatı, şəhid adının əbədiləşdirilməsi ilə bağlı olub. Bundan başqa müharibə iştirakçılarının mənzil, avtomobil növbəsinə götürülməsi, müharibədə zərər çəkən mülki şəxslərə əlillik təyin edilməsi, işlə təminatla bağlı müraciətlər olub. Hüquqşünas tərəfindən 84 nəfərin dövlət qurumlarına ərizə, şikayət və müraciətləri hazırlanıb.  5 nəfərin hüquqlarının bərpası ilə bağlı məhkəmələrə iddia ərizəsi hazırlanıb. Ümumilikdə, isə 102 nəfərə hüquqi konsultasiya xidməti göstərilib.

İsmayıllı rayonunda keçirilən görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov da iştirak edib.

Həsən Səmədov tədbir iştirakçılarına Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti və qısa müddətdə gördüyü işlərlə bağlı məlumat verib.

Görüşlər zamanı təşkilatın rəhbəri Xalid Kazımov bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunur. Layihənin məqsədi şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qanunvericiliklə müəyyən edilən hüquqları ilə bağlı maarifləndirmə işi aparılması,  həmin sosial qrupdan olan insanlara hüquqi konsultasiya xidmətinin göstərilməsi, məhkəmədə müdafiəsinin təşkil edilməsi ilə hüquqlarının qorunmasına dəstək verməkdir.

Qeyd edilib ki, layihə bitdikdən sonra da bu təbəqədən olan şəxslərin problemlərinin həlli ilə bağlı müraciətlər hüquqünas tərəfindən hazırlanaraq imzalanması üçün benefisiarlara və təşkilat adından aidiyyatı dövlət qurumlarına göndəriləcək.

Qeyd edək ki, Gəncə, Ağdam, Tərtər, Bərdə, Qusar, İsmayıllı və Cəlilabad rayonlarına səfərlər zamanı həmin rayon icra hakimiyyətlərinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi“Hüquq bələdçisi” adlı  bukletverilib. Bukletdə layihənin işçi heyətinin əlaqə vasitələri də verildiyindən qarşıdakı müddətdə də şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hüquqi problemlərinin həlli üçün onlara konsultasiya xidməti göstəriləcək.

Gülnar Məmmədli

Gununsesi.info