Regionlarda qadınlara maliyyə bilikləri öyrədilir

  • By admin
  • 25 Oktyabr 2022 10:14

“Regionlarda qadınların maliyyə savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına davam edir

Gununsesi.info xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gənc qızların maliyyə savadlılığının artırılmasına dəstək göstərməkdir. Bu məqsədlə Lənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur.

Üçüncü təlim 14 oktyabr 2022-ci il tarixində Biləsuvar rayon Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbir GMİB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan edilmişdir. Təlimçilər qismində Rəvan Cəfərli və Selcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova iştikrak etmişdir. Təlimdə Biləsuvar rayonunda sahibkarlığa başlamaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla 15 nəfər iştirak etmişdir. Təlim müddətində təlimçilər tərəfindən Ağıllı büdcə, Ailə büdcəsinin idarə olunması, Gəlir və xərclərin planlaşdırılması, idarə olunması, Maliyyə məqsədlərinin formalaşdırılması, Yığımlar, qənaət yolları və gözlənilməz hallar üçün fövqəladə fondun yaradılması,Borc alma və investisiya kimi təməl maliyyə anlayışlar, Qadınların biznesdə rolu və Maliyyə resurslarına çıxış mövzusunda geniş məlumatlandırıldılar. Təlimdə iştirakçılar, xüsusilə də gənclər fəal iştirak etmişdir. Çay fasiləsindən sonra ikinci sessiyada nəzəri keçirilən təlimin praktiki hissəsi təşkil edilmiş, iştirakçılarla interaktiv oyunlar təşkil edilmiş, qaliblər kitabla mükafatlandırmışlar.

Sonda hər  bir iştirakçıya Gənclərin Karyera və İnkişaf Mərkəzinin Biləsuvar rayon nümayəndəliyinin direktoru Təhminə Əliyevanın da iştirakçılığı ilə  sertifikat təqdim olunmuşdur.

Qeyd edək ki, layihə 1 sentyabr 2022-ci il tarixindən 1 noyabr 2022-ci il tarixinə qədər müddəti əhatə edir.

 

Mətləb Yaqublu

Gununsesi.info