Rövşən Ağayev: “Bölgələrin gəlirləri ölkənin sosial müdafiə xərclərinin cəmi 30%-ni, təhsil xərclərinin isə 34 %-ni ancaq qarşılayar”
Regionların inkişafı ilə bağlı ilk proqramın qəbulundan 13 il keçsə də, real və gözlə görünən nəticələr çox acınacaqlıdır.
Gununsesi.info İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Rövşən Ağayevə istinadən bildirir ki, 2017-ci ildə ölkənin 65 rayon və şəhərində dövlət büdcəsinə toplanacaq bütün vergi daxilolmalarının məbləği o qədər kiçikdir (642 milyon manat) ki, bu vəsait təkbaşına ölkənin heç bir problemini həll etməyə yetmir.
“Məsələn, əyalətlərin hazırkı vergi potensialı hesabına gələn il ölkənin səhiyyə xərclərinin 83%-ni maliyyələşdirmək olar,- deyə iqtisadçı vurğulayır.
Onun sözlərinə görə, bu gəlirlər ölkənin təhsil sisteminin maliyyələşdirilməsinə yönəldilsə idi, cəmi 34%-i təhsil xərclərini qarşılayardı: “Regionların gəlirləri ölkənin sosial müdafiəsinin maliyyələşdirilməsi üçün xərclərin cəmi 30%-ni qarşılayardı.
Bir daha müqayisədəki rəqəmlərə yetirmək lazımdır. Bakı istisna olmaqla yerdə qalan bütün rayon mərkəzlərinin (60-a yaxın), kəndələrin (işğal olunmuş kəndləri saymasaq 3500-ə yaxın), administrativ baxımdan müstəqil şəhərlərin (5) vergiləri hesabına ölkənin dövlət büdcəsinin pensiya xərclərinin yarısını belə ödəmək mümkünsüzdür…
Məlumat üçün deyim ki, pensiyaların ödənməsi üçün dövlət büdcəsindən Sosial Müdafiə Fonduna 1.3 milyard manata yaxın transfer edilir”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info