Prezidentin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının icrası davam etdirilir. Üçüncü sərəncam 2014-2018-ci illəri əhatə edir.
Gununsesi.info Nazirlər Kabinetinin 2016-ci il fəaliyyətinə dair hesabatına istinadən xəbər verir ki, son üç ildə proqramın icrası üzrə bütün mənbələrdən 8 milyard manata yaxın vəsait xərclənib.
Hesabatda göstərilir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə büdcənin dövlətin əsaslı vəsait qoyuluşu proqramları çərçivəsində 3 milyard 328 milyon manat, Prezidentin Ehtiyat Fondundan 477 milyon manat, beynəlxalq maliyyə institutları tərəfindən 2.6 milyard manat, qanunvericiliyə zidd olmayan digər mənbələrdən isə 1.2 milyard manat yönəldilib.
Bu vəsait hesabına on 3 ildə hansı işlər görülüb?
Hesabatda göstərilir ki, Naxçıvanda Sənaye Kompleksinin, Beynəlxalq Hava Limanının “Şərq Terminalı”, Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin kanat yolu və xizək enişi ilə yanaşı, bir çox sənaye, təhsil, tibb müəssisələri, habelə aqroparklar yaradılıb, avtomobil yolları çəkilib, kommunal sektorda keyfiyyətin artırılması üçün investisiya edilib.
Vüsalə Rüstəmova
Gununsesi.info