
Amerikalı rejissor və prodüser Mel Bruks ABŞ prezidenti Barak Obamayla zarafat edib.
Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, “Ağ Ev”də incəsənətə verdiyi töhfələrinə görə mükafatlandırılan rejissor KİV-lər tərəfindən birmənalı qarşılanmayan jest edib. Belə ki, prezident rejissorun boynuna medal asdıqdan sonra o, əyilərək onun ayaqları yanında əlini aşağıya doğru çəkib.
Bir sıra KİV-lər onun bu jestini dövlət başısının şalvarını “soyundurmaq” cəhdi kimi mənalandırıblar. Bəzi KİV-lər isə Bruksun bu addımla medalın nə qədər ağır olduğunu göstərməyə çalışdığını qeyd ediblər.
Gununsesi.info