Vətəndaşdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 10-da vətəndaş R.Qasımov Ağdam RPŞ-yə müraciət edərək özünü jurnalist kimi təqdim edən Etibar adlı şəxsin ona zəng edərək barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 150 manat pul verməsini tələb etdiyini bildirib.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə zəng edərək hədə-qorxu gəlməkdə şübhəli bilinən “Xəbər var” qəzetinin baş redaktoru, əvvəllər məhkum olunmuş Etibar Əliyev tutulub.
Anar
Gununsesi.info