Reketlikdə ittiham olunan baş redaktorun vəkili nə istəyir?

  • By admin
  • 18 Aprel 2018 11:45

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin vəkili Rəsmiyyə Qəhrəmanova ona yüngül cəza verilməsini istəyir.

Gununsesi.info xəbər verir ki, aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəkil çıxış edərək bildirib ki, Habil Vəliyevin onlardan pul aldığını iddia edib, istintaqda şikayət ərizəsi verən zərərçəkənlər məhkəmədə şikayətlərini geri götürüblər: “Tərəflər arasında barışıq əldə edilib, ziddiyyətlər aradan qalxıb. Habil Vəliyev Qarabağda döyüşüb, vətən uğrunda vuruşub.  Zərərçəkənlər də Habil Vəliyev həbs edilməsini istəmir. Onun 3 övladı var, heç birinin əli çörəyəçatmır.  80 yaşlı ata-anası var. Gözləri yol üstündədir. Yoldaşı xəstədir. Bunları nəzərə alınmasını xahiş edirik”.

Məhkəmə aprelin 25-də H.Vəliyevin digər vəkillərinin müdafiə çıxışı ilə davam edəcək.

Xatırladaq ki, Habil Vəliyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

O, 2016-cı ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.H.Vəliyev adamları gizli videolar, səs yazıları və başqa üsullarla şantaj edib, onlardan hədə-qorxu ilə pul almaqda ittiham olunur.

Gülər

Gununsesi.info