Reks Tillerson Ərdoğanla görüşəcək

  • By admin
  • 09 İyun 2017 15:42

Reks Tillerson

ABŞ-ın dövlət katibi Reks Tillerson iyulun 9-13-da keçiriləcək 22-ci Dünya Neft Konqresinə qatılmaq məqsədi ilə Türkiyəyə səfər edəcək.

Gununsesi.info report-a istinadən xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Konqresdə 50-dən çox ölkənin neft və energetika nazirləri iştirak edəcəklər.

Ona Dünya Neft Şurasının ən böyük “Dewhurst Ödülü” mükafatı təqdim ediləcək. O, bu mükafata layiq görülən 10-cu şəxsdir.

Qeyd edək ki, bu konqresdə Azərbaycanın SOCAR şirkəti ilə yanaşı, “Shell”, BP, “ExxonMobil”, “Chevron”, “Total”, “Saudi Aramco”nun da iştirakı gözlənilir.

Gununsesi.info