Rektor və 7 akademik həbs olunub

  • By admin
  • 23 İyul 2016 11:39

akademik

 

Türkiyədə həbslər davam edir. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, dövlət idarələrində çalışan vəzifəli şəxslərdən Fətullahçı Terror Təşkilatının (FTT) üvü olanların istintaqı nəticəsində nəzarətə alınanların sayı hər gün durmadan artır. Belə ki, soruşturma əsnasında Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru, professor Sedat Laçınər və qardaşı professor Vedat Laçınərin də arasında olduğu 7 akademik həbs edilib. Bir akademik isə göz altına alınmaq şərtiyə nəzarətə götürülüb. Verilən məlumata gorə, şəhər təhlükəsizlik idarəsində aparılan soruşturmanın ardlndan rektor, qardaşı və akademiklər məhkəmə qarşısına çıxarılıblar. Onlardan 8-i bu saatlarda həbs edilib, biri isə sərbəst buraxılıb. Həbs edilənlər xüsusi nəzarət altında Çanaqqala E-Tipi Qapalı Həbsxanasına aparılıblar.

Gülnaz Qənbərli