Rektorun qızının bankında ixtisarlar

  • By admin
  • 19 Dekabr 2016 11:20

67572

Bu ilin ilk yarısında “Muğanbank” ASC-nin işçilərinin sayı 9,25% azalıb. Bu barədə Banka istinadən xəbər verir.

Gununsesi.info-nun məlumata görə, iyulun 1-nə “Muğanbank”ın işçilərinin sayı 824 olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 84 nəfər azdır.

Xatırladaq ki, “Muğanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 mln. manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Gununsesi.info