70 ədəd rels birləşdiricisi oğurlamağa cəhd göstərmiş şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 26-da Sabirabad rayonunun Osmanlı dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels birləşdiricisi oğurlamağa cəhd göstərmiş Şirvan şəhər sakini Məhərrəm Orucov və Sabirabad rayon sakini Şahin Mustafayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Şirvan Xətt Polis Şöbəsinə təhvil verilib.
Anar
Gununsesi.info