“Rembo” anasını itirdi

  • By admin
  • 22 Sentyabr 2020 11:44

Məşhur Hollivud ulduzu, aktyor, rejissor və ssenarits Silvest Stallonenin anası vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, aktroyun anası Jaklin Stallone 98 yaşında vəfat edib. Daha çox astroloq kimi məşhurlaşan qadının ölüm səbəbi müəyyən olunmayıb.

Frenk Stallone ilə izdivacdan Jaklin Stallonenin Silvestr və Frenk adlı oğulları, Toni adlı qızları doğulub. Xatırladaq ki, 74 yaşlı Silvestr Stallonenin atası 2011-ci ildə vəfat etmişdi.  

Gununsesi.info