“Rembo” Trampın təklifini rədd etdi

  • By admin
  • 19 Dekabr 2016 20:17

ro

 

Amerikalı aktyor və rejissor Silvester Stallone ABŞ Prezidenti Donald Trampın Milli İncəsənət Fonduna rəhbərlik etmək təklifindən imtina edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor bildirib ki, onun namizədliyinin bu vəzifəyə görə nəzərdən keçirilməsi onu məmnun edib. Lakin o, hesab edir ki, veteranlarla işləmək daha faydalı olacaq.

Qeyd edək ki, Milli İncəsənət Fondu incəsənət təşkilatları arasında dövlət qrantlarının paylaşdırılmasına görə cavabdehdir.

Xatırladaq ki, ötən gün Trampın Silvesterı siyasətə cəlb etmək niyyətində olması ilə bağlı xəbərlər yayılıb. Prezident bu barədə aktyora rəsmi müraciət etməsə də, lakin onunla yaxından tanış olduğunu və onu da öz ətrafında gördüyünü bildirib. O, Stallonneyə ABŞ-ın Milli İncəsənət Fondunun rəhbəri vəzifəsini vermək niyyətində olduğunu açıqlayıb.

Bir müddət əvvəl isə Donald məşhur repçi Kanye Uestlə görüşüb. Bəzi mənbələr ABŞ liderinin repçiyə prezident administrasiyasında vəzifə verəcəyini qeyd ediblər.

Gununsesi.info