
Aktyor ilə film şirkəti arasında qalmaqal yaşanıb.
Hollivud aktyoru və rejissor Silvestr Stallone “Warner Bros.” film şirkətini məhkəməyə verib.
Gununsesi.info “Hollywood Reporter”ə istinadən xəbər verir ki, Stallone 1993-üc ildə lentə alınmış “Dağıdıcı” filminə görə məhkəməyə müraciət edib.
Məhkəmə işini Los-Ancelesin Ali məhkəməsi araşdıracaq. Stallone bildirib ki, film studiyası bilərəkdən ekran işindən əldə olunan gəlirləri gizlədib.
“Dağıdıcı” kinoteartlardan 58 milyon dollar qazanc əldə edib. Bundan başqa, onlayn satışdan əldə olunan gəlir isə, 58 milyon dollardan da yüksəkdir.
Stallone aldığı qonorarın az olduğu bildirib və film studiyasının ona borclu olduğunu deyib. Lakin konkret məbləğ açıqlanmır.
“Warner Bros.” hələ bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Gununsesi.info











