“Rembo”nun müəllifi Stallonenin filmini tənqid etdi

  • By admin
  • 23 Sentyabr 2019 08:55

“Birinci qan” kitabının müəllifi Devid Morrel “Rembo: Sonuncu qan” filmini kəskin tənqid edib.

“Newsweek” xəbər verir ki, yazıçı bu filmdə adının hallanmasından narazıdır.

Onun sözlərinə görə, rejissura gülünc, dekorasiyalar ucuz, film ümumilikdə cansız alınıb.

Stallone ssenarini yazan zaman müəlliflə məsləhətləşib, lakin sonradan onların ünsiyyəti dayanıb.

Qeyd edək ki, “Rembo-5” ötən həftənin axırında böyük ekranlara çıxıb.

Gununsesi.org