“Renault-Nissan” dünya liderliyinə yüksəldi

  • By admin
  • 28 İyul 2017 23:03

reno

Fransız-yapon konserni Renault-Nissan satışların həcmində Volkswagen korporasiyasını qabaqlayaraq dünyada ən iri avtomobil istehsalçısı olub.

Gununsesi.info xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata əsasən, bu ilin yanvar-iyun aylarında Renault-Nissan dünya bazarında 5 milyon 268 mindən çox avtomobil satıb. Onun yaxın rəqibi Volkswagen tərəfindən həmin müddətdə satılan avtomobillərin sayı isə 5 milyon 155 min ədəd təşkil edib. Üçüncü yerdə 5 milyon 129 min avtomobillə Yaponiyanın Toyoto firması qərarlaşıb.

Renault-Nissan korporasiyası öz tarixində ilk dəfədir ki, dünya avtomobil bazarında satış həcminə görə birinci yerə çıxır.

Gununsesi.info