Respublika Gününün adı dəyişdirildi - Qanun qəbul edildi

  • By admin
  • 12 Oktyabr 2021 12:45

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.

Gununsesi.info-nun xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.

Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Gununsesi.info