TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
Gununsesi.info-ya TƏBİB-dən verilən məlumata görə, Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yaradılan Respublika Pediatriya Mərkəzinə direktor təyinatı olub.
Belə ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.
İcraçı direktor Vüqar Qurbanov 18 aprel 2024-cü il tarixində yeni təyin olunmuş Azər Əhmədovu kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Azər Əhmədov 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə təhsil alıb. 2007-2008-ci illərdə Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında internatura keçib. 2015-2019-cu illərdə Türkiyədə Qazi Universitetində təhsilini davam etdirərək uzmanlıq dərəcəsi alıb.
Gununsesi.info