Respublika Perinatal Mərkəzində yanğınla bağlı üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə yanvarın 10-da Baş Prokurorluq məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidən ev dustaqlığında buraxılıb və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbiri seçilib.
Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, səhlənkarlıq – iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri ilə ittiham olunur. Bu maddələrlə 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
İttihama sözügedən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Gununsesi.info