Respublika rəhbərinin nəvəsi evində ölü tapıldı - FOTOLAR

  • By admin
  • 27 Avqust 2019 09:49

Komi Respublikasının keçmiş rəhbəri Yuri Spiridonovun nəvəsi Moksva yaxınlığındakı kottecdə ölü vəziyyətdə tapılıb. Gununsesi.org-un “REN TV”yə istinadən məlumatına görə, onun cəsədini evdə çalışan xanım işçi aşkarlayıb.

Qadının sözlərinə görə, o, evə girdikdə qırmızı balaca gölməçə görüb. Əvvəlcə o, yerə mürəbbə dağıldığını zənn edib.

“Daha sonra mən döşəmədə alt paltarı, dəsmal və sahibin xalatını gördüm. Masa arxasından Fyodorun bədəni görünürdü”, – qadın danışıb.

Hadisə yerində aşkar olunan bıçaq

Gördüklərindən bərk qorxan qadın oğlunu çağırıb. Onlar mərhumun əllərinin kəsildiyini görüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 32 yaşlı Fyodor həmin evdə atalığı ilə yaşayırmış. O, nənəsinin rəhbərlik etdiyi kommersiya kooperativində direktor müavini vəzifəsində çalışırdı.

Fyodor

Yuri Spiridonov