Respublika üzrə 275 məktəb istiliklə təmin olunur - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 28 Noyabr 2016 10:17

mekteb-101

Son günlərdə havaların şaxtalı-ayazlı keçməsi bir çox sahələr üzə ciddi problemlərin yaşanmasına gətirib çıxarıb. Xüsusilə, təhsil ocaqlarında, əsasən də orta məktəblərdə istilik təchizatı ilə bağlı qayğıları artırıb.  

“Azəristiliktəchizat”ASC-nin müştəri və abonent xidmətinin rəisi Rafiq Əliyev Gununsesi.info-ya bildirir ki, respublika üzrə təhsil müəssisələrinin, o cümlədən orta məktəblərin hamısı rəsmisi olduğu cəmiyyətin balansında deyil. Onların bir çoxunun öz fərdi qazanxanaları var. Bu il 275 məktəb istiliklə təmin olunur:

“2016-2017-ci illər üzrə istilik mövsümündə Bakı şəhərində və regionlarda layihə üzrə “Azəristiliktəhcizat”-ın mənbəyinə qoşulmuş bütün məktəblər istiliklə təmin olunacaq. Ümumilikdə 275 məktəbdir. Onların 185-i Bakıda, yerdə qalanları isə regionlardadır. Bir daha qeyd edirəm ki, layihə üzrə Bakı şəhərində “Azəristiliktəhcizat”ın mənbəyinə qoşulmuş bütün məktəblər istiliklə təmin olunub.

Xatırladım ki, ötən il də “Azəristiliktəhcizat”ASC 275 məktəbİ istiliklə təhciz edib. Bu gün Bakı şəhəri üzrə istiliklə təmin olunmayan orta məktəb yoxdur. Eyni zamanda, regionlarda da bu və ya digər məktəblər də qızdırılır.

İstilik mövsümündən “Azəristiliktəhcizat” 275 məktəb, 155 bağca, eləcə də regionlarda fəaliyyət göstərən 55 bağca mənbəyinə qoşulmuşsa istiliklə təmin olunur. Digər uşaq bağcaları isə “Azəristiliktəhcizat”-ın mənbəyinindən istilik almaması nəzərdə tutulanlardır. Onların hər birinin özünün fərdi istilik sistemi var”.

Anar

Gununsesi.info