
ABŞ Respublikaçılar Partiyasından olan konqresmen, Konqresin Helsinki Komissiyasının həmsədri Jo Uilson Rusiya lideri Vladimir Putin haqqında sərt bəyanat verib.
Gununsesi.info bildirir ki, Uilson Putini “Müharibə canisi” adlandırıb. “Müharibə canisi Putin ancaq güc dilini başa düşür. Rusiya heç vaxt imzaladığı sazişə əməl etməyib. O, ATƏT-in bütün öhdəliklərini, Budapeşt Memorandumunu, silahlara nəzarət müqavilələrini və bir çox digər beynəlxalq razılaşmaları pozub. O, sanksiyaları və silahları başa düşür. Güc vasitəsilə onu sülhə məcbur etmək olar”.